EN

Pre-COP-da Azərbaycan sədrliyinin “İqlim və Sülh bağlantısı” mövzusunda təşəbbüsləri geniş dəstək qazanıb

Bakı. Trend:

Bu gün COP29 Sədrliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyi vəqlobal sülh arasındakı əlaqəyə həsr olunmuş Pre-COP-un paraleltədbiri keçirilib. Tədbirə üzv ölkələrin hökumət nümayəndələri, BMTagentlikləri və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləriqatılaraq su qıtlığı, ərzaq çatışmazlığı və torpaq deqradasiyasıkimi iqlimlə əlaqəli təhdidlərin beynəlxalq sülh və sabitliyəneqativ təsiri və bu sahədə qlobal həllərin vacibliyini müzakirəediblər.

Trend xəbər verir ki, COPSədrliyinin Baş müşaviri, səfir Elşad İskəndərov iqlimdəyişikliyini "münaqişə təhlükəsini artıran amil" kimi təqdimedərək, onun milli resurslar və məcburi köçkünlük üzərindəki mənfitəsirlərini vurğulayıb.

O, COP29-un sədrliyinin bu sahədə konkret həlləri nəzərdə tutantəşəbbüslərini, o cümlədən, İqlim və Sülh Fəaliyyəti üzrə Bakımərkəzinin konsepsiyasının təqdim edib. Həmçinin beynəlxalq sülhəiqlimlə əlaqəli təhlükəsizliklərinin qarşısının alınması sahəsindəəməli addmları ehtiva edən Bakı İqlim Üçün Sülh Çağırışının ilkinlayihəsi də müzakirə üçün təqdim edilib.

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri,Amerika Birləşmiş Ştatları, Almaniya, Uqanda, İrlandiya vəQırğızstanıın nümayəndələri, eləcə də Beynəlxalq MiqrasiyaTəşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalqtəşkilatların nümayəndələri Azərbaycan sədrliyinin butəşəbbüslərinin gələcəyin təhdidlərinə qarşı əməlii addımlar kimiyüksək qiymətləndirərək, ölkəmizin təşəbbüslərinə dəstəkləriniifadə ediblər.

Eyni zamanda, tədbir iştirakçılarına 15 noyabr 2024-cü iltarixində keçiriləcək COP29 İqlim, Bərpa və Sülh (PRR) Günününməqsədləri haqqında məlumat verilib. Bu günün məqsədi iqlimdəyişikliyi və sülh arasındakı əlaqə üzrə tədbirlərinirəlilədilməsidir. Müzakirələrdə COP29 Sülh günündə uğurlu birgənəticələrin əldə edilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsininvacibliyi də qeyd edilib.

Chosen
28
7
az.trend.az

8Sources