EN

Xudatda ağır qəza: 2 ölü, 1 yaralı » AzadMedia.az


Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində VAZ-21011 və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
Chosen
1
9
azadmedia.az

10Sources