EN

Xudatda iki avtomobil toqquşub, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB-1

Xudatda baş verən yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.

APA-nın Şimal bürosu xəbər verir ki, qəzada "VAZ 21011"in sürücüsü 26 yaşlı Orxan Məmmədov və onun sərnişini 23 yaşlı Nazir Tarverdiyev hadisə yerində ölüblər.

Elməddin Məmmədov və Vilayət İbrahimov isə, müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

17.23

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində "VAZ-21011" və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

16.46

Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, yolun Xudat şəhəri ərazisindən keçən hissəsində "VAZ 21011" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Chosen
3
9
apa.az

10Sources