EN

Təmsilçilərimiz 1/4 finalda

Çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan “Azərreyl” klubunun qadın və kişi komandaları qrup mərhələsini lider olaraq başa vurublar.

İdman.biz xəbər verir ki, hər iki təmsilçimiz 1/4 finala yüksəlib.

Fransanın Montpelye şəhərində təşkil olunan yarışın qrup mərhələsinin son görüşlərində komandarımız asan qələbə qazanıblar. Sloveniya idmançıları ilə oyunlar 2:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, pley-off oyunları sabah keçiriləcək. Qrup mərhələsinin oyunları başa çatdıqdan sonra komandalarımızın rəqibləri bəlli olacaq.

Avropa Kuboku
11 oktyabr
Qadınlar

“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:18, 21:13)
“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:16, 21:19)

Kişilər
“Azərreyl”- “BVC Ludus” (Sloveniya) - 2:0 (21:17, 21:17)
“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:16, 21:8)

İdman.biz

Chosen
23
1
idman.biz

2Sources