EN

“Zirə”nin müdafiəçisi 90 dəqiqə oynadı

style='margin-bottom:10px;'>

Afrika Millətlər Kubokunun seçmə mərhələsində 3-cü turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, "Zirə"nin müdafiəçisi Anje Mutsinzinin üzvü olduğu Ruanda millisi səfərdə Beninin qonağı olub. Qarşılaşma ev sahiblərinin 3: 0 hesablı qələbəsi ilə başa çatıb.

"Zirə"nin müdafiəçisi də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Anje Mutsinzi görüşü əvəz olunmadan keçirib. 

3 turdan sonra aktivində 2 xal olan Ruanda yığması 4 komandanın yer aldığı qrupda 3-cü yeri tutur. Komanda növbəti oyununu oktyabrın 15-də Beninə qarşı keçirəcək. 
 

Chosen
46
teleqraf.com

1Sources