EN

Rusiya Ukraynanın şərqində “Şahid” dronlarını istehsal etməyi nəzərdən keçirir

Rusiya Ukraynanın şərqində işğal etdiyi ərazilərdəki müəssisələrin bazasında İranın “Şahid” dronlarının istehsalını təşkil etməyi nəzərdən keçirir.

“Far.Az” xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi mənbələrə istinadən bildirib.

Qeyd olunur ki, zərbə dronlarının istehsalını yer altında aparmağı və yığıma peşə məktəbi tələbələrini cəlb etməyi planlaşdırırlar. Plana əsasən, sözügedən ərazilərdəki istehsalat dronların buraxılış poliqonlarına çatdırılma müddətini sürətləndirməlidir.

Bildirilib ki, hazırda dronların yığılması və yerləşdirilməsi üçün son yerlər nəzərdən keçirilir.

Xatırladaq ki, oktyabrın 9-da Ukrayna Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı çərçivəsində Rusiyanın Krasnodar diyarında “Şahid” dronlarının saxlanılma bazasında zərbə endirilmişdi. Məlumata görə, bazada 400 civarında dron saxlanılırdı.

Chosen
102
8
far.az

10Sources