EN

Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb

Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 10-da axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən mağazaların birində mühafizəçinin kəsici alətlə hədələnərək oradan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Zalov müəyyən olunaraq saxlanılıb.

Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Chosen
17
12
apa.az

10Sources