EN

Ukrayna ordusu 36 milyon dollarlıq təyyarəni vurdu

Rusiya ordusu növbəti dəfə bahalı qırıcısını itirib. Bu barədə Ukrayna mediası məlumat yayıb. Saytlar Fighterbomber Telegram kanalına istinad ediblər. Qeyd edilib ki, Su-34 qırıcısı vurulub.

paylaşımda təyyarənin məhv edilməsi ilə bağlı təfərrüatlar verilməyib, sadəcə olaraq yazılıb: “Yeriniz cənnət olsun qardaşlar...”.

Eyni zamanda ukraynalı könüllü və xalq deputatı Yuri Mısyaqin də məlumat yayıb ki, Su-34-ün itirilməsi nəticəsində rusların ekipajı da həlak olub.

Qeyd edək ki, Rusların məşhur bombardmançı təyyarəsi olan Su-34 sələflərindən bir sıra müasir üstünlüklərə malikdir. Məsələn o, 75 kilometrə qədər məsafədə tırtıllı zirehli texnikanı ayırd edə bilən güclü radar sistemi ilə təchiz edilib. Belə bir təyyarənin təxmini dəyəri 36 milyon dollardır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
18
news365.az

1Sources