EN

Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır: "Bilmirəm, kimə qoşulub"

Üç ay əvvəl dənizdə batdığı deyilən və axtarışları aparılan gəncin ailəsi onun ölmədiyini, itkin düşdüyünü iddia edir.Gender.az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən 27 yaşlı Kənan Qurbanovun atası Vaqif Qurbanov düşünür ki, oğlu bunu planlı şəkildə edib.Onun sözlərinə görə, avqustun 19-da ailəlikcə dəniz kənarında istirahətdə olublar: "Dedik-güldük, əyləndik. Elə gözümüzün qabağında da yoxa çıxdı. Hara getdi, niyə getdi bilmədik. Axtardıq, tapa bilmədik. FHN-in nümayəndələri onun axtarışları ilə məşğul oldular.Bütün gecəni yatmadım, oturdum dənizin kənarında. Amma onlar da dedilər ki, Kənan batsaydı, nəşi üzə çıxardı. Elə mən özüm də bu fikirdəyəm.Çünki oğlum itəndən sonra evdə bir dəst paltarının olmadığını gördük. Bundan başqa o, bankdan da 3500 manat kredit pul götürübmüş. Kənan yoxa çıxdıqdan sonra avtomobildən banka aid olan sənədlər tapdım. Pulu niyə götürüb, bilmirik. Özünün də belə şeylərdən xoşu gəlmirdi. Özü də sadə telefon işlədərdi. "Instagram"a belə ya mənim, ya da anasının telefonu ilə girirdi. Zəhmətkeş uşaq idi, elə olurdu ki, bir gün evə gəlirdi, bir gün gəlmirdi. Kənan İçərişəhərdə skripkada ifa edirdi. Onu kimlərsə yoldan çıxarıb, bilmirəm kimə qoşulub..."Vaqif Qurbanov məsələ ilə bağlı polisə də müraciət edib: "Bütün sənədləri, xarici pasportu da evdədir. Ölkədən çıxıbmı, onu da bilmirəm. Bütün dostları, tanışları ilə də danışmışam. Heç kim bilmir ki, Kənan hardadır. Heç olmasa, bircə dəfə zəng etsə, desə ki, "yaxşıyam" bizə bəs edər. Təki onun sağ olduğunu bilək. Hələ də dənizin kənarına gedib-gəlirəm. Bəlkə qayıdar deyə".Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, itkin düşmə ilə bağlı axtarış elan edilən şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.İddialarla əlaqədar Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan məsələ haqda belə cavab verildi:"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 19 avqust 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun dənizdə batması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Dənizdə batdığı ehtimal olunan vətəndaşın axtarışları 31 avqust 2024-cü il tarixinədək intensiv şəkildə aparılıb.Ailə üzvlərinin müraciəti əsasında dənizdə axtarışlar dayandırılıb.Axtarış-xilasetmə əməliyyatları zamanı Qurbanov Kənan Vaqif oğluna məxsus heç bir əşya tapılmayıb".

Chosen
119
17
gender.az

10Sources