EN

Çeçenistan paytaxtında güclü partlayış və yanğın: Ölənlər var

Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində güclü partlayış və yanğın baş verib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partlayış dalğasının kənara atdığı yanan çən iki uşaq və iki böyüyün həyatına son qoyub.

 

Kadrlarda insanların böyük sürətlə fırlanıb gələn çəndən qaçmağa çalışdıqları əks olunub.

 

...Rusiya Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən son məlumata görə, yanğın artıq tam söndürülüb. Hazırda dağıntılar təmizlənir, soyutma işləri aparılır.

 

Rusiya FHN-in yaydığı videoda Qroznıdakı yanacaqdoldurma məntəqəsinin tamamilə dağıldığı əks olunub.

Chosen
22
senzor.az

1Sources