EN

Təhsildə qadın sahibkarların həmkarlar təşkilatı yaradılmalıdır - Araz Paşayev (FOTO)

Bakı. Trend:

Azərbaycanda təhsil sahəsindəki qadın sahibkarların həmkarlartəşkilatı yaradılmalıdır.

Trend xəbər verir ki, bunu bugün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olanAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı RespublikaKomitəsi (ATİAHİ Respublika Komitəsi) ilə Azərbaycan QadınSahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında keçiriləngörüşdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev deyib.

Respublika Komitəsinin rəhbərliyi, AQSİA-nın İdarə Heyətininsədri Səkinə Babayeva, təhsil sektoru üzrə fəaliyyət göstərən40-dan artıq sahibkarlar, konsaltinq şirkətlərinin nümayəndələrinində iştirak etdiyi görüşdə A. Paşayev təşkilatın gördüyü işlər,keçdiyi tarixi inkişaf yolu ilə bağlı ətraflı məlumat verib. Qeydedib ki, öz sıralarında 400 mindən artıq üzvü birləşdirən ATİAHİtəhsil işçilərinin və ittifaq üzvü olan tələbələrin əmək, sosial,iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə məşğulolan ən böyük ictimai təsisatdır. Təşkilat ittifaq üzvlərinin işşəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli, əməkhüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili və digəristiqamətlər üzrə fəaliyyət göstərir. ATİAHİ üzvlərinin 68 faizininqadınlar olduğunu qeyd edən A.Paşayev bildirib ki, təşkilatAQSİA-ya üzv olan sahibkar qadınların rəhbərlik etdiyimüəssisələrdə də həmkarlar ittifaqı təşkilatlarının yaradılmasındamaraqlıdır.

Sonra çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayevarəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, özəlsektorda çalışan və sahibkarlıq fəaliyyəti ilə məşğul olanqadınların üzləşdiyi çətinliklər, onların həlli yolları, qadınsahibkarlığının inkişafı istiqamətində meydana çıxan problemlərətoxunaraq bu sahədə həmkarlar ittifaqı təşkilatlarının təsisedilməsinin vacibliyini vurğulayıb.

Sonra görüşdə ATİAHİ Respublika Komitəsi və AQSİA-nın fəaliyyətiilə bağlı təqdimat edilib.

Tədbir gələcək əməkdaşlıqla bağlı müzakirələrlə davam etdirilib.İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin iştirakçılar arasında razılıq əldə olunub ki, növbətihəftələrdə təhsilin ayrı-ayrı mərhələləri üzrə fəaliyyət göstərənsahibkar qadınlarla görüşlər keçirilsin, bu müəssisələrdə həmkarlarittifaqı təşkilatlarının yaradılması perspektivləri müzakirəedilsin.

Təhsildə
Təhsildə
Təhsildə
Chosen
15
10
az.trend.az

10Sources