EN

Əli Hüseynli şəhidlərimiz yad etdi, seçicilərlə görüşdü

 Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli   YAP Yevlax Rayon Təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Milli Məclisin deputatı Əli Hüseynli  əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin məzarı önünə gül dəstələri düzərək, əziz xatirələrini dərin ehtiram hissi ilə yad edib.
Sonra   YAP Yevlax Rayon Təşkilatının inzibatı binasında seçicilərlə görüş keçirib. Görüşdə seçicilər yaşadıqları ərazilərdə sosial problemlərlə yanaşı, həmçinin şəxsi məsələrinin həlli istiqamətində müvafiq köməklik göstərilməsi üçün müraciət ediblər. Müraciətlərin bir qismi aidiyyəti qurumlarla birlikdə yerində həll edilmişdir. Digər müraciətlər isə nəzarətə götürülmüş və həll olunması üçün müvafiq tədbirlərin görüləcəyi barədə seçicilərə məlumat verilmişdir. Görüş çərçivəsində Əli Hüseynli diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin ali rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır. Məhz bu uğurlu siyasət kursu bizim sabit və firavan gələcəyimizi təmin etməkdədir. Vətəndaşlara xüsusi diqqət və qayğı göstərmək, onların sosial rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan bu gün ərazi bütövlüyü tam şəkildə təmin olunmuş və sarsılmaz dövlətdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti və ölkədəki güclü xalq-iqtidar birliyi bizim gələcəkdə də bir çox nailiyyətlərə şahidlik edəcəyimizi təsdiq edən ən vacib amildir.
Vətəndaşlar ümumilikdə göstərilən diqqət və qayğıya və Azərbaycanda həyata keçirilən güclü siyasət kursuna görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə ediblər.
Chosen
60
1
xalq.az

6Sources