EN

Şimali Qafqazda İNTİQAM ATƏŞİ ALOVLANIR

Dağıstanın rəhbəri Sergey Melikov Çeçenistan lideri Ramzan Kadırovun qan davası ilə bağlı açıqlamalarından sonra milyarder senator Süleyman Kərimova dəstək vəd edib.

Publika.az xəbər verir ki, müvafiq mesaj Dağıstanlı siyasətçinin Telegram-kanalında dərc olunub.

"Dağıstan çətin anlarda Süleyman Kərimovu həmişə dəstəkləyəcək", - Melikov yazıb.

Dağıstanın lideri Mahaçqalada parkın yenidən qurulmasına görə milyarderə təşəkkürünü bildirib və əlavə edib ki, onun əməlləri “həmişə ürəkdən gəlir”.

Xatırladaq ki, oktyabrın 10-da Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov dağıstanlı deputat Süleyman Kərimov və Dövlət Dumasının deputatları Rizvan Kurbanov və Bexan Baraxoyevə Çeçenistan rəhbərinə qarşı sui-qəsd planlaşdırmadıqlarını sübut edə bilməyəcəkləri təqdirdə qan davası elan edib.

Chosen
35
publika.az

1Sources