EN

Ermənistan sülhə belə hazırlaşır: “İrəvan Azərbaycandır!” deyəkmi?

Ermənistan hakimiyyəti, başda da baş nazir Nikol Paşinyan olmaqla sülhə “tam hazırdır”. O qədər ciddi hazırlıq görülüb ki... Sadalayaq, oxucularımız da yaddaşlarını təzələsinlər, yaxud bilmədikləri məqamlarla tanış olsunlar.

Lap son “hazırlıqlar”dan başlayaq. Nikol Paşinyan sosial şəbəkədə paylaşım edib, İrəvan şəhərinin 2800 neçənci ildönümünü “şəhər günü” kimi qeyd etdiklərini yazıb, təbriklərini çatdırıb. Bəli, İrəvan qədim şəhərdir, amma onun qədimliyinin Paşinyan başda olmaqla, haylara heç bir aidiyyəti yoxdur, bunu “real Ermənistan” xitabları ilə son günlər gündəmi məşğul edən Nikol yaxşı bilməlidir. İrəvan xanlığında türklərə aid Göy məsciddən başqa heç bir tarixi, dini abidə saxlamayan hayların təkcə Təpəbaşı məhəlləsinin başına hansı oyunlar açdığını nə qədər çalışsalar da, gizlədə bilmirlər.

NİKOL

İrəvanda türklərin ermənilərdən sayca nə qədər üstün olduğunu bilməkdən ötrü iki əsr öncənin tarixi hadisələrinə, elə İrəvan arxivlərində saxlanılan və araşdırmalar üçün qapalı elan olunan sənədlərə gözucu baxmaq kifayət edərdi. Amma onlara həqiqət lazım deyil axı. Dünən – 12 oktyabr Gülüstan sülh müqaviləsinin, Azərbaycanın parçalanmasının birinci mərhələsinin növbəti ildönümü idi. 1813-cü ildəki parçalanmadan daha 15 il keçdi və Azərbaycanın bölüşdürülməsi ilə hayların üstünə gün doğdu, onların İrəvana, digər ərazilərə, həmçinin Qarabağa köçürülməsinə start verildi. Əvəzində türk əhalinin sayı sürətlə azaldıldı, qətliamlar, deportasiyalar hesabına. 100 il sonra – 1918-ci ilin 29 mayında isə Milli Şura İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsi qərarını təsdiqləmək məcburiyyətində qaldı. Nikol Paşinyanın paylaşımının altından bu faktı xatırlatdım, görməzdən gəlsə də...

İrəvanın ermənilərə nə qədər aid olduğunu bilmək üçün hələ ötən əsrin 30-cu illərində İrəvan Şəhər Şurasının binası qarşısında Azərbaycan, rus və erməni dilində “İrəvan Şəhər Şurası” yazılması faktına diqqət yetirmək kifayət edərdi.

SURASİ.jpeg

Bu fakt şəhərin gerçək sahibinin kimliyini göstərir, hətta sovetlər belə, onu dana bilməyib. Vaxtilə Nikol Paşinyan ciddi səhvlərə yol verdi, “Qarabağ Ermənistandır. Nöqtə”, deməklə. İndi də “İrəvan Ermənistandır”, səhvini edir. Bununla Azərbaycanı qıcıqlandırmaq istəyir sanki. Bəlkə məram-məqsədi Azərbaycan tanklarının İrəvana doğru yol almasına nail olmaqdır, kim bilir...

İrəvanın Romadan da 50 il “ahıl” olduğunu iddia edən haylar özlərini az qala dünyanın “ən qədim”i saymağa cəhd göstərirlər. Amma İrəvanın tarixində hansı erməninin bir iz qoyduğunu deyə bilmirlər, çünki olmayıb. Hüseynqulu xanın şəhərində ən uzağı mehtər ola bilərdi haylar...

Paşinyan sülh nağıllarının arxasında İrəvan saxtakarlığını davam etdirsin, sizə kimdən söz açaq, Ermənistan Milli Elmlər Akademiyasından. Demək, hay alimləri Almaniyanın Münster Universitetinin arxeoloqları ilə birgə “Ermənistanın qədim Artaxata şəhərində əvvəllər məlum olmayan erkən xristian kilsəsinin qalıqlarını aşkar ediblər”. Sonra da erməni diasporunun pul-parası öz sözünü deyib və Münster Universitetinin saytında da bu “müdhiş” xəbəri tirajlayıblar. Sayt yazır ki, tapıntı xaç şəklində uzantıları olan səkkizguşəli tikilidir. “Alimlər qrupu kilsənin bir hissəsini qazıb və geofiziki üsullarla tədqiq ediblər.

KİLSE

IV əsrə aid bina Ermənistanda erkən xristianlığa dair sensasiyalı sübutlar təqdim edən, ölkədə arxeoloji cəhətdən sənədləşdirilmiş ən qədim kilsədir”, - Münster Universitetinin professoru Achim Lichtenberger bildirib.

“Buradakı səkkizguşəli kilsələr indiyədək məlum deyildi, lakin biz onları Şərqi Aralıq dənizi regionundan çox yaxşı tanıyırıq, burada onlar ilk dəfə eramızın 4-cü əsrində peyda olublar”, - deyə Ermənistan Milli Elmlər Akademiyasından doktor Mkrtiç Zərdəryan əlavə edib.

Təsəvvür edin, ermənilərin bölgəyə gəlişinin cəmi 2 əsr yaşı var, hardasa ermənilərin köç tarixi ustadımız Aşıq Ələsgərlə yaşıd olar, amma hay və alman alimləri 4-cü əsrə aid “tapıntı”dan bəhs edirlər. Özü də səkkizguşəli! Qarabağ bölgəsindəki qədim alban kilsələrindən əlləri çıxdı, indi də Qərbi Azərbaycan torpaqlarındakı tariximizi saxtalaşdırırlar.

Ümid edək ki, Azərbaycan Milli Elmlər Akademiyası bu saxtakarlığın ifşa olunması istiqamətində hərəkətə keçəcək, həm Ermənistan, həm də Almaniya alimlərinin cavabını verəcək. Həmçinin, Qərbi Azərbaycan İcmasının tutarlı cavabının olacağına inanırıq.

İCMA

Hayastanvari növbəti saxtakarlıq ona bənzəyir ki... 2016-cı ilin Aprel döyüşlərindən sonra bir neçə km geri otuzdurulan erməni hərbçiləri yenidən özlərinə səngər qazarkən Ermənistan mediası yazı hazırlamışdı:

“ordumuz həm tariximizi qoruyur, həm də vətəni”. Səngər qazarkən torpağın altından çıxan saxsı qabları “artsax, Tiqranakert tarixi” kimi təqdim etmişdi bu sarsaqlar. İndi də Vedibasarda “erməni kilsəsi” tapıblar guya.

Beləcə, “sülhə hazırlaşırlar”. Bunlarla çətin olacaq. Nə Qarabağdan “konstitusion qaydada” əl çəkmək istəyirlər, nə də İrəvan, Vedibasar... tarixini saxtalaşdırmaqdan vaz keçirlər... Xülasə, Ermənistan sülhə belə hazırlaşır. İrandan, Fransadan, Hindistandan silah-sursat, texnika almasından, ordusunu elə bu gün, bu saatlarda şərti sərhədlərdə yerləşdirməsindən, vaxtaşırı atəşkəsi pozaraq təxribatlar törətməsindən, kəndlərimizi geri qaytarmamasından, Naxçıvana yolumuzu açmamasından çox danışmışıq...

“İrəvan Azərbaycandır!” deyəkmi?..

Chosen
88
50
musavat.com

10Sources