İndi dünyanı saxta məhsullar başına götürüb.Hətta bir çox ölkələrdə saxta düyü , saxta ət də istehsal olunur və üçünçü ölkələrə göndərilir.Heç şübhəsiz ki, bizim də ölkə belə təhlükədən uzaq deyil.
Amma sovet dönəmində məmləkətimizə bu qədər saxta və mənşəyi bilinməyən məhsullar gətirilmirdi. İndi adam nə yeyirsə, qorxa-qorxa yeyir! Mağazalarda və bazarlarda satıla yağlardan , şirniyyat məhsullarından alıçılar çox narazılıq edirlər. Bir dostum deyir ki, 8- çi Kilometr bazarından süzmə aldım, gördüm içinə palma yağı qatıblar.
Bu bazarda alıçıları çəkidə aldatmaqla yanaşı, həm də keyfiyyətsiz məhsullar satılır! Ölkəmizdə qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Onlar da bu işin öhdəsindən yetərincə gələ bilmirlər, əgər gəlsəydilər , ölkəmizdə sayı- hesabı bilinməyən saxta və keyfiyyətsiz məhsullar bu qədər çox olmazdı. Xüsusi ilə qara çörəyin istehsal sahəsində özbaşınalıq davam edir və əlaqədar qurum bu qanunsuzluğun qarşısın ala bilmir.
Emil Faiqoğlu