EN

100 yaşdan yuxarı insanların yediyi 4 qida

Yaşı 100-dən yuxarı olan insanların uzunömürlülük sirri hamı tərəfindən araşdırılır.

News24.az xəbər verir ki, Avropa Qida Təhlükəsizliyi Təşkilatı və MDPI tərəfindən dərc edilən araşdırmaya görə, 100 yaşdan yuxarı insanların sağlam və uzun ömür sürməsinə töhfə verən 4 qida müəyyən edilib.

Lobya, şirin kartof, zeytun yağı və qaragilə kimi qidalar qocalmanı gecikdirən və bədən sağlamlığını qoruyan əsas qida maddələri kimi diqqəti cəlb edir.

1-ZEYTUN YAĞI

Sağlam yağlar deyildikdə ilk ağıla zeytun yağı gəlir. Aralıq dənizi qidalanma növü ilə eyniləşdirilən zeytun yağı sağlam yağlarla zəngindir və ürək xəstəliklərinin qarşısını alır.

Zeytun yağı iltihab əleyhinə təsirə malikdir və beyin sağlamlığını dəstəkləyir. Həm də həzm sisteminin rahatlamasına və bağırsaqların işləməsinə kömək edir.

2- ŞİRİN KARTOF

Şirin kartof Yaponiyanın Okinava şəhərində uzunömürlü insanların pəhrizində əsas qidalardan biridir. Şirin kartof aşağı glisemik indeksi, yüksək antioksidant tərkibi və beta-karotin zənginliyi ilə bədən sağlamlığını ciddi şəkildə qoruyur. Şirin kartof istehlakı immuniteti gücləndirir və xroniki xəstəliklər riskini azaldır.

3- lobya

Lobya Aralıq dənizi pəhrizinə tez-tez daxil edilən qidalardan biridir. Yüksək lif mənbəyi olan lobya güclü bitki mənşəli zülal qaynaqlarından biridir. Fasulyenin müntəzəm istehlakı ürək sağlamlığını dəstəkləyir. Yüksək lif mənbəyi olduğu üçün bağırsaq sağlamlığını da yaxşılaşdırır.

4- qaragilə 

Yüksək antioksidant tərkibi ilə tanınan qaragilə, yaşlanma əleyhinə xüsusiyyətləri və hüceyrə zədələnməsini bərpa edən təsirləri ilə uzun ömrün bir parçası olduğu göstərilir. Qaragilə istehlakının xüsusilə beyin sağlamlığına müsbət təsirləri aşkar edilib.

Günel Məlikzadə


Chosen
8
1
news24.az

2Sources