EN

Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 15-i saat 10:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 17, Quba-Qusarda 14, Qarabağ və Şərqi-Zəngəzurda 11, Naxçıvan MR-da 10, Lənkəran-Astarada 9, Bakıda və Abşeron yarımadasında 6, Dağlıq Şirvan və Gəncə-Qazaxda 4, Mərkəzi Aran rayonlarında 2 millimetrədək təşkil edib.

Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Balakən, Şəki, Qax, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Altıağac, Xaltan, Neftçalada duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14°, Naxçıvan Muxtar Respublikasında 11°, Aran rayonlarında 15°, dağlıq rayonlarda 8°-dək isti qeydə alınıb.

Chosen
62
37
yeniazerbaycan.com

10Sources