EN

Monitorinq nəticələrinə görə cavab faizləri...

Sosial Tədqiqatlar Mərkəzinin apardığı monitorinqə əsasən, Mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, Publik hüquqi şəxslərin kommunikasiya xətlərinin də monitorinqi aparılıb. Ümumi nəticələrə əsasən, Publik hüquqi şəxslərin stasionar və qaynar xətləri üzrə zənglərin ümumilikdə 59.6%-nə cavab verilib, 40.4%-nə cavab verilməyib. Günün birinci yarısında hər iki kommunikasiya xətti üzrə cavab verilmiş zənglər 59.4%, cavabsız zənglər 40.6%  təşkil edib. Günün ikinci yarısında edilən zənglərin 59.9%-nə cavab verilib, 40.1%-nə cavab verilməyib.

QHT.az xəbər verir ki, stasionar nömrələrə edilən ümumi zənglərin 20.1%-i cavablandırılıb, 79.9%-i cavablandırılmayıb. Qaynar xətlər üzrə cavab verilmiş zənglər 87.3%, cavabsız zənglər 12.7% təşkil edib. Stasionar nömrələrə günün birinci yarısında edilən zənglərin 20.8%-nə cavab verilib, 79.2%-nə cavab verilməyib. Qaynar xətlərə günün birinci yarısında edilən zənglərin 86.4%-nə cavab verilib, 13.6%-nə cavab verilməyib. Stasionar nömrələrə günün ikinci yarısında edilən zənglərin 19.5%-nə cavab verilib, 80.5%-nə cavab verilməyib. Günün ikinci yarısında qaynar xətlər üzrə cavab verilmiş zənglər 88.2%, cavabsız zənglər 11.8%  civarında olub. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qaynar xətti (stasionar nömrəsi yoxdur) üzrə günün birinci və ikinci yarısında edilən bütün zənglərə yüksək operativliklə cavab verilib. Günün birinci yarısında zənglərin cavablandırılmasında orta müddət 8 saniyə, ikinci yarısında 20 saniyə olub.

Chosen
10
2
qht.az

10Sources