Paytaxtın Nərimanov rayonunda bir obyektin daş hasarı avtomobilin üzərinə aşıb.
Xezerxeber.az-ın məlumatına görə, hasarın dəfələrlə qəzalı vəziyyətdə olması ilə bağlı obyekt sahibinə müraciət olunsa da, bu günədək heç bir tədbir görülməyib.
Uçqun nəticəsində hasarın üzərindən keçən qaz və su boruları zədələnib. Bu azmış kimi məhəllə sakinə məxsus avtomobil də yararsız hala düşüb.
Paytaxt sakini Elşən Hüseynov iddia edir ki, avtomobili hasarın qalıqları altında qalıb. Zərərçəkənin sözlərinə görə, hasarın əks tərəfində 14 obyekt fəaliyyət göstərir.
Bunların içərisində həm tikiş, həm də mebel sexləri var. Tikiş sexlərindən birnin divarı da məhz həmin hasarın üzərində tikilib.
E.Hüseynov hasarın təhlükəli durumda olması ilə bağlı dəfələrlə onlara müraciət etsə də, bu günədək nə təmir işləri aparılıb, nə də bərkitmə.
Zərər görmüş avtomobilinin isə kasko sığortası yoxdur. Zərəri sığorta şirkətləri qarşılamır.
Ətraflı süjetdə: