EN

Azərbaycanda dövlət rüsumundan daxilolmalar üzrə proqnoz 9 %-ə yaxın artırılır

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 390 milyon manatının və yaxud 1 %-nin dövlət rüsumundan daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,6 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Chosen
7
46
fed.az

10Sources