EN

Noyabrda onlara ictimai nəqliyyatdan istifadə pulsuz olacaq

COP29 zamanı akkreditasiyası olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Əməliyyat şirkətinin nəqliyyat və havalimanı əməliyyatları departamentinin rəhbəri Orxan Mahmudlu jurnalistlərə açıqlamasında deyib.

“COP29-da metronun hərəkət qrafikində müəyyən intervalların dəyişdirilməsi nəzərdə tutulub. Amma digər hər hansısa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb. Ümumiyyətlə ev sahibi ölkə olaraq müəyyən öhdəliklərimiz var. Bunlardan biri də qonaqlara təhlükəsiz, fasiləsiz nəqliyyat xidmətinin təşkilidir. Ölkədə olan qonaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcək. Bunun üçün hər hansı kart paylanması nəzərdə tutulmur. Onlar akkreditasiya kartlarından istifadə edərək nəqliyyatdan istifadə edə bilər. Bu qayda həm xarici qonaqlar, həm də akrreditasiyadan keçən yerlilər üçün nəzərdə tutulub”, - deyə o bildirib.

Chosen
42
6
qafqazinfo.az

7Sources