EN

Ağayeva yeni layihəsinin anonsunu verdi

Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini təqdim etməyə hazırlaşır.

Dərgi.az xəbər verir ki, pop ulduz bu dəfə “Zalım” adlı yeni mahnısı üçün kamera qarşısına keçib. O, yeni klipinin anonsunu şəxsi “İnstagram” hesabında paylaşıb.

Sevilən müğənni növbəti dəfə tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə biraraya gəlib. Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova məxsusdur, aranjemanını isə Emin Karimov edib.

Estrada ulduzunun klipdəki stylingi geyim üzrə mütəxəssis Elnarə de Birbuetə, makiyajı və saç düzümü isə stilist Sabirə aiddir.  Ekran işini fashion fotoqraf Röyal Səfərov ərsəyə gətirib. Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Qeyd edək ki, klip yaxın günlərdə, məhz Xalq artistinin doğum günü ərəfəsində təqim olunacaq.

 

 

Chosen
71
10
dergi.az

10Sources