EN

Ferstappen ABŞ Qran-prisinin sprint yarışında qalib gəlib

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının 19-cu mərhələsində sprint yarışında qalib gəlib.

“Ölkə.az” xəbər verir ki, yarışlar ABŞ-nin Texas ştatının Ostin şəhərində “Amerikalar dövrəsi”ndə keçirilir.

İkinci yeri “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns, üçüncü yeri isə “Mercedes”in britaniyalı pilotu Lando Norris tutub.

Qeyd edək ki, sprint yarışının qalibi dünya çempionatının ümumi hesabına səkkiz xal qazanır. Ümumilikdə ən yaxşı səkkiz pilot xal qazanır.

Dünya çempionatının ümumi hesabında birinci yeri Ferstappen (339 xal), ikinci yeri Norris (285), üçüncü yeri isə “Ferrari”dən monakolu Şarl Lekler (250) tutur.

Bazar günü “Formula 1” ABŞ Qran-prisinin təsnifat və əsas yarışları keçiriləcək.

Chosen
37
12
olke.az

10Sources