EN

Neymar bir ildən sonra yaşıl meydanlara qayıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sağlamlığında yaranan problem (çarpaz bağ yırtığı) səbəbindən 2023-cü ilin oktyabrından meydançaya çıxmayan "Əl-Hilal"ın 32 yaşlı hücumçusu Neymar oktyabrın 21-də keçiriləcək Asiya Çempionlar Liqasının "Əl-Ayn" ilə oyunu üçün komandasının heyətinə daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Hilal"ın "X" sosial şəbəkəsində rəsmi hesabı məlumat yayıb.
"Kimsə geri qayıdır. Mən hazıram. Bilirəm ki, həyəcanlısınız. Mən də. Oktyabrın 21-də qayıdacağam", - braziliyalı futbolçu komandaya qayıtdığını elan edən videoda bildirib.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə turnirinin Uruqvayla qrup mərhələsinin oyununda (0:2) çarpaz bağlarından zədə almışdı.
Chosen
181
2
oxu.az

10Sources