EN

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Dövlət Gömrük Komitəsi (DGK) "Profesional Sport" MMC barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Xəzər Rayon Məhkəməsində baxılacaq. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Chosen
42
12
valyuta.az

10Sources