“Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür. Buna görə də biz bu istiqamətdə işləyirik”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.
O qeyd edib ki, Moskva nəqliyyat marşrutlarının açılması məsələlərində hərtərəfli yardım göstərməyə hazırdır:
“Biz artıq demişdik ki, nəqliyyat marşrutlarının açılmasından bütövlükdə bütün region faydalanacaq. Cənubi Qafqazda logistika marşrutlarının açılması məsələsində Rusiya Azərbaycanı və Ermənistanı qane edəcək həll yolu tapmağa çalışır.
Bizim.Media