EN

“Prior Leasing” ASC - MƏHKƏMƏYƏ VERİLDİ

“Prior Leasing” ASC gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol  irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun icraatındadır.

Xatırladaq ki, “Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkətin əsas fəaliyyəti yerli istehsalçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçılarının məhsullarının nəğd və ya 40% dövlət güzəştli lizinqlə satışını həyata keçirməkdir. 

Chosen
77
1
fed.az

10Sources