EN

Azərbaycanda bu şirkət məhkəməyə verildi

“Prior Leasing” ASC gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.

Publika.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun icraatındadır.

Chosen
39
1
publika.az

10Sources