EN

ABŞ-da poçt qutularında yüzlərlə seçki bülleteni yandırılıb

ABŞ-ın Oreqon və Vaşinqton ştatlarında naməlum şəxslər poçt qutularını yandıraraq yüzlərlə seçki bülletenini məhv ediblər.

Olaylar xəbər verir ki, bu barədə "Fox" telekanalı məlumat yayıb.

Son insident Oreqon ştatının Portlend şəhərində baş verib. Telekanalın məlumatına görə, poçt qutusuna yandırıcı qurğu yerləşdirilib və bu da yanğına səbəb olub. Partlayıcı qurğunun zərərsizləşdirilməsi üçün xüsusi qrup hadisə yerinə gələrək qurğunu zərərsizləşdirib.

Vaşinqtonun Vankuver şəhərində də oxşar hadisə baş verib. Burada naməlum şəxs poçt qutusunu yandırıb və nəticədə yüzlərlə bülleten yanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
4
olaylar.az

7Sources