EN

"Prior Leasing" ASC məhkəməyə verirlib

“Prior Leasing” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib olunub.

Fins.az xəbər verir ki, bu maddəyə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi halında, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 1500 manat cərimə tətbiq edilir.

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun icraatındadır.

Xatırladaq ki, “Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilib. Şirkətin əsas fəaliyyəti yerli istehsalçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdəki bir çox texnika istehsalçılarının məhsullarının nağd satışını və ya 40% dövlət güzəştli lizinqlə satışını həyata keçirməkdir.

Fuad Mədətov
Fins.az

Chosen
95
1
fins.az

10Sources