EN

Müəllimlərin məktəbin qapılarını bağlayıb şagirdləri içəridə saxlamalarına dair iddialara aydınlıq gətirilib

Yeni Suraxanı qəsəbəsindəki 89 saylı məktəbdə müəllimlərin məktəbin qapılarını bağlayıb şagirdləri içəridə qoyub getmələri ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.

"Far.Az"a 89 saylı məktəbdən verilən məlumatda oktyabrın 28-də ikinci növbə üzrə dərslərin saat 18:50-də başa çatdığı və birinci giriş qapısının gözətçi tərəfindən saat 19:15-də bağlandığı bildirilib.

"Oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb. Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir", - məlumatda vurğulanıb.

Təhsil müəssisəsindən bildirilib ki, məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdə qəribə hadisənin baş verdiyi iddia olunub. Qəsəbə sakininin paylaşdığı videoya əsasən, axşam saatlarında dərs başa çatdıqdan sonra müəllimlər qapıları bağlayaraq məktəb binasını tərk ediblər. Bu səbəbdən bəzi şagirdlər bir müddət içəridə qalmalı olublar.

Chosen
99
5
far.az

10Sources