EN

Şimali Koreya əsgərləri ilk dəfə döyüş meydanında: Cəbhə xəttində vuruşacaqlar

Cənubi Koreya Kəşfiyyat Xidməti Rusiyaya göndərilən Şimali Koreya əsgərlərindən bəzilərinin cəbhəyə göndərilmiş ola biləcəyini açıqlayıb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui rəsmi təmaslar üçün Rusiyaya gedib.
 
Dövlətlərarası təmaslar və açıqlamalar davam edərkən, əsgərlərin Rusiya ərazisi olan Kurska axın etməyə başladığı iddia edilir.
 
Şimali Koreya qoşunları 1950-ci illərdən bəri müharibəyə cəlb olunmayıb. 
 
Pentaqon Rusiyanın yaxın bir neçə həftə ərzində Ukraynaya qarşı 10 min Şimali Koreya əsgərini yerləşdirməyi planlaşdırdığını açıqlayıb.

Sinq bu əsgərlərin xüsusilə Kursk bölgəsinə yönəldildiyini və Rusiyanın Ukraynaya hücumlarını dəf etmək üçün burada döyüşdüyünü bildirib. 

Qərb liderləri bu vəziyyətin müharibənin gedişatını dəyişdirə biləcəyini və regiondakı münasibətlərə ciddi təsir göstərə biləcəyini vurğulayıblar.

Rusiya ordusunun Şimali Koreya əsgərlərinə rus dilində 100-dən çox hərbi termin öyrətdiyi, lakin dil baryeri səbəbindən ünsiyyətdə ciddi çətinliklərin yaşandığı bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, oktyabrın 23-24-də Moskva ilə Pxenyan arasında uçan Rusiya təyyarəsində Şimali Koreyanın hərbçilərin daşınmasında iştirak edən Rusiya təhlükəsizlik rəsmiləri olub.

Açıqlamada Şimali Koreyanın ABŞ-də keçiriləcək seçkilərdən əvvəl hipersəs ballistik raketləri və ya qitələrarası ballistik raketlər buraxa biləcəyi qeyd edilib.  

Həmçinin qeyd olunub ki, Şimali Koreyanın ABŞ-də keçirilən prezident seçkilərindən sonra yeddinci nüvə sınağını keçirməsi ehtimalı diqqətlə izlənilib.

Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsi ilə bağlı məlumatlara Cənubi Koreya prezidenti Yoon Suk Yeol də reaksiya verib.
 
Şimali Koreyanın Rusiyaya qoşun yeritməsinin həm dünya, həm də Cənubi Koreya üçün təhlükəsizlik riski yaratdığını vurğulayan Yoon \"Rusiya ilə Şimali Koreya arasındakı bu qeyri-qanuni hərbi əməkdaşlıq beynəlxalq ictimaiyyət və milli təhlükəsizliyimiz üçün ciddi risk yarada bilər” deyib.

Şimali Koreya hökumətindən verilən açıqlamada Şimali Koreyanın xarici işlər naziri Choe Son Hui və onu müşayiət edən nümayəndə heyətinin Rusiyaya rəsmi səfər etmək üçün dünən Pxenyan Beynəlxalq Hava Limanından ayrıldığı bildirilib.

Bildirilib ki, nümayəndə heyəti Şimali Koreya xarici işlər nazirinin müavini Kim Çen Qyu və Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora tərəfindən yola salınıb.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bəri 600 mindən çox rus əsgəri yaralanıb.
 
Mikayıl
Chosen
56
50
azxeber.com

10Sources