EN

İsrail ordusunun hücumları nəticəsində 777 fələstinli ölüb

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda son iki həftədə 777 fələstinli həyatını itirib, 2210 nəfər isə yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 389 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 4 qırğında 41 nəfərin öldüyü, 113 nəfərin yaralandığı bildirilib.

Nazirliyin məlumatına görə, İsrail ordusunun son iki həftədə həyata keçirdiyi hücumlarda 777 fələstinli həyatını itirib, 2210 nəfər isə yaralanıb. Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 43 min 61-ə, yaralıların sayı isə 101 min 223-ə yüksəlib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Chosen
44
22
sia.az

10Sources