EN

Seçki qutuları partladıldı: Yüzlərlə səs yandırıldı

Vaşinqton və Oreqon ştatlarında seçki qutularına yerləşdirilmiş yandırıcı qurğuların partlaması nəticəsində yüzlərlə seçki bülleteni yanıb. 

News365.az "BBC"yə istinadən xəbər verir ki, ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün erkən səsvermə davam edir.   

Səsvermə ərəfəsində Oreqon ştatının Portlend şəhərində iki, Vaşinqton ştatının Vankuver şəhərində bir seçki qutusu yandırılıb.   

"Biz bu hərəkətlərin arxasında kimin dayandığını bilmirik. Lakin bilirik ki, bu cür hərəkətlər məqsədyönlü və qəsdəndir. Biz bu qəsdən edilən hərəkətin seçki prosesinə təsir edə biləcəyindən narahatıq", - deyə Portlend polis rəisinin müavini Amanda MakMillan açıqlamasında bildirib.

Chosen
37
4
news365.az

7Sources