EN

Yeni müharibənin astanasında: Neft isə hələ gözləyir...

İsrailin İrana zərbələri Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti biraz daha ağırlaşdırıb. İran İsrailə cavab verəcəyini bildirib.

 

Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana kütləvi zərbələr endirib, bir neçə obyekti vurub. İran Prezidenti Məsud Pezeşkian vurğulayıb ki, ölkəsinin istənilən cavabı balanslı və düşünülmüş olacaq.

 

İsrailin hücumundan əvvəl Qərb mətbuatı İranın neft obyektlərinə hücum edəcəyi gözlənilirdi. Ancaq hücum zamanı hərbi obyektlər hədəfə alındı. Qərb mətbuatı yazır ki. İsrailin İranın neft obyektlərinə hücum etməməsi, eləcə də ümumilikdə hücumun gözləniləndən daha kiçik miqyası treyderlərin münaqişənin mümkün gərginləşməsi ilə bağlı narahatlıqlarını azaldıb. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, İran-İsrail müharibəsi başlasa, buraya yeni ölkələr də qoşulacaq:

 

“26 oktyabrda İsrailin İrana hücumuna İran Prezidenti düşünülmüş cavab veriləcəyini deyib. Bu cavabın necə və nə zaman olacağı bəlli deyil. Əgər İran ballastik raketləri ilə yenidən cavab verəcəyi təqdirdə İsrail-İran müharibəsinin baş verməsi  qaçılmaz olacaq. Amma bu, ancaq İran İsrail müharibəsi ilə kifayətlənməyəcək. Müharibəyə yeni ölkələr də qoşulacaq və onun masştabı genişlənəcək”.

Deputat vurğulayıb ki, İsrail-İran müharibənin başlanması dünya iqtisadiyyatına, o cümlədən dünya enerji bazarlarına təsirsiz ötüşməyəcək: “Müharibə baş verərəsə, çox ehtimal ki, enerji daşıyıcıları dünya bazarlarına daşınan Hörmüz boğazı və Fars körfəzi bağlana bilər. Bu da dünyada enerji böhranının, o cümlədən dünya iqtisadiyyatında böhranın  yaranmasına yol açar. Azərbaycan neft-qaz ölkəsidir. İlk baxışdan dünya bazarlarında neftin qiymətinin artması büdcə gəlirlərimizi artıracaqdır. Lakin neftin kəskin bahalşması dünya bazarlarının qeyri-neft sektorunda da bahalaşma yaradacaq. Bu da idxal etdiyimiz bəzi malların qiymətlərinin artmasına gətirib çıxarda bilər. Amma İsrail-İran müharibəsinin başlanması ehtimalı çox aşağı olduğundan narahat olmağmıza bir əsasın olmadığını hesab edirəm. Belə ki, dünya iqtisadiyyatında hələki hər hansı dalğalanmaların baş verməsi gözlənilmir. Biz qonşu dövlətlərdə sülhün və əminamanlığın olmasını arzulayırıq”.

 

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, gərginlik neft qiymətlərinin artmasına şərait yaratmır:

 

“İsrail-İran qarşıdurmasının idarəolunan səviyyədə olması, tərəflərin bir-birinə daha az və güclü reaksiya doğurmayan zərbələrin vurulması bu gün neft qiymətlərinin 4-5 faiz düşməsinə səbəb oldu. Bazarda belə bir fikir formalaşdı ki, eskalasiya artıq bitdi, qarşılıqlı zərbələr oldu və hər şey geridə qaldı, artıq gərginliyin artması olmayacaq. Geosiyasi gərginliyin indiki həddində neft qiymətləri 90-100 dollar olmalıydı. Belə olmadısa, deməli, gərginlik belə neft qiymətlərinin yüksəlməsinə kömək etmir. Çünki neftin indi başqa dünya iqtisadiyyatı, istehsalatın artıb, istehlakın azalması kimi faktorlar öz təsirini göstərir”.

Chosen
51
33
modern.az

10Sources