EN

Bankların problemli kreditləri AMB-nin açıqladığı rəqəmdən niyə iki dəfə çoxdur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycandakı 22 bankdan 21-nin bu il oktyabrın 1-nə açıqladığı kredit riski hesabatlarına əsasən, ölkədə vaxtı keçmiş kreditlərin ümumi məbləği azı 962 milyon manatdır.
Halbuki, Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın sonuna ölkədə 480 milyon manat vaxtı keçmiş kredit olduğunu açıqlayıb.
"Report" yaranmış iki dəfə fərqin səbəblərinə aydınlıq gətirmək üçün tənzimləyici quruma müraciət edib.
AMB-dən verilən açıqlamada bildirilib:
"Bu, yanaşma fərqindən irəli gəlir. Belə ki, AMB-nin statistik bülletenində Beynəlxalq Valyuta Fondunun istifadə etdiyi yanaşma əsas götürülür və açıqlanan rəqəm əsas kredit borcunun 30 gündən çox gecikən hissəsini əhatə edir. Banklar isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmanı əsas götürür, ümumi kredit borcunun 30 gündən çox gecikən qalığını tam göstərir. AMB həm də aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) məbləğini də internet səhifəsində açıqlayır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707.3 milyon manat təşkil edib".
Chosen
60
26
oxu.az

10Sources