EN

Gələn il məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

Ümumtəhsil müəssisələrində iqlim savadlılığı və rəqəmsal bacarıqlarla bağlı məktəbdaxili mövzular var. Tədris planında nəzərdə tutulan fənlər çərçivəsində bu mövzularda tədris həyata keçirilir, daxili qiymətləndirmə aparılır. Həmin mövzular Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə PISA qiymətləndirməsinə də daxil edilib. Gələn il qiymətləndirmə zamanı bu mövzular da yer alacaq.

Bu barədə Tehsil.biz-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkə üzrə ümumi təhsil müəssisələrində “YaşılHəmrəyFest” respublika festivalı, “Məktəblərdə ekologiya ayı” layihəsi, “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin IX Ekoloji Forumu, “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” məktəblilərin VI respublika müsabiqəsi, “Təbiəti qoruyaq, dünyamızı yaşadaq” respublika rəsm müsabiqəsi və sair tədbirlər keçirilib.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrın 24-25-də Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib. Məqsəd STEAM əsaslı tədrisin təşviqi, məktəblilərdə XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı şagirdlərin aşkara çıxarılması, eləcə də COP 29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və bərpaolunan enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının və layihələrin hazırlanmasının təşviq edilməsi olub.

Chosen
31
2
tehsil.biz

3Sources