EN

İsveçrə Rusiyanın aktivləri hesabına Ukraynaya kredit verə bilməyəcək

İsveçrə bloklanmış Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək Ukraynaya kredit verə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyindən məlumat verilib.

Bildirilib ki, İsveçrə maliyyə institutlarının aktivləri likvid fondlara çevrildiyinə görə Rusiya Mərkəzi Bankının vəsaitlərindən heç bir mənfəət əldə edilmir. Nəticədə İsveçrədə kredit üçün əsas yarada biləcək mənfəət yoxdur.


Müəllif: Arzu
Chosen
81
teleqraf.com

1Sources