EN

Yanan fəhlə xəstəxanada öldü

1 həftə öncə Sumqayıtda təkər emalı müəssisəndə qaz sızmasından baş vermiş partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

Bakupost.az "report"a istinadla xəbər verir ki, oktyabrın 23- də “Azreferum” QSC-də qaynaq işi görən 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev qaz sızması nəticəsində baş verən partlayışda ağır yanıq xəsarətləri alıb.

Aparılan müalicə və müayinələrə baxmayaraq Təbriz Məmmədəliyev bu gün müalicə aldığı Bakı şəhərində yerləşən Yanıq Mərkəzində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Chosen
36
8
bakupost.az

9Sources