Böyük Britaniyada "Ford" avtomobil müəssisəsinin 1000-dən çox işçisi əməkhaqqı mübahisələrinə görə tətilə çıxmağa hazırlaşır.
Paralel.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın "Unite" həmkarlar ittifaqının bəyanatında deyilir.
"Ford" zavodunda 1000-dən çox inzibati işçiyə təsir edən əməkhaqqı və müqavilə dəyişiklikləri ilə bağlı uzunmüddətli münaqişə sabahdan başlayacaq tətilə çevrilib", - deyə bəyanatda vurğulanıb.
Qeyd edilib ki, şirkət işçilərinə daimi maaş artımı təklif edə bilməyib, bunun əvəzinə 2024-cü il üçün birdəfəlik ödəniş təklif edib.