EN

ABŞ-da seçki qutularını yandırırlar

ABŞ-da

ABŞ-da 5 noyabr prezident seçkiləri öncəsi seçki qutularına hücum diqqət çəkir. Oreqon və Vaşinqton ştatlarında baş verən hücumlarda iki ədəd seçki qutusu yandırılıb.

Reyting.az
-ın məlumatına görə, Oreqon bölgə polisi bildirib ki, şübhəli şəxs yanğından qısa müddət əvvəl seçki qutusunun yanına yandırıcı qurğu bağlayıb və bu, təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Yanğın seçki qutusunda olan mexanizm və kənar müdaxilə sayəsində söndürülüb.

Vaşinqtonda baş verən yanğında söndürmə mexanizmi və xarici müdaxiləyə baxmayaraq yüzlərlə bülletenin yandırıldığı qeyd edilir və iki hücumun əlaqəli olduğu bildirilir.

Seçki qutularını yandıran şəxslərin saxlanılıb-saxlanılmadığına dair məlumat verilməyib.

ELÇİN
Chosen
42
5
reyting.az

7Sources