Fransanın Marsel şəhərinin bəzi ərazilərində təmizlik işçilərinin tətili səbəbindən bir neçə gündür zibil yığılmır və küçələrdə tullantı təpələri əmələ gəlib.
Milli.Az APA-ya istinadən bildirir ki, işçilər pis iş şəraitindən, işçi heyəti və avadanlıq çatışmazlığından şikayət edirlər.
Məlumata görə, təmizlik işçiləri öz şərtləri yerinə yetirilənə qədər tətili davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Milli.Az