EN

“Avromed Company” QSC məhkəməyə verilib

"Avromed Company" QSC barəsində gömrük qaydalarının pozulması (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin təqdim edilməməsi) ilə bağlı inzibati xəta protokolu tərtib olunub.

Fins.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən hazırlanıb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim edilməməsinə görə vəzifəli şəxslər 1,000 manat, hüquqi şəxslər isə 1,500 manat cərimə edilir.

İş hazırda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

Fuad Mədətov
Fins.az

Chosen
71
1
fins.az

10Sources