EN

Avropada avtomobil satışı:Bir ölkədə artır, digərində azalır

Avropa İttifaqında avtomobil satışları üçüncü aydır geriləyir. Doğrudur, sentyabr ayında azalma avqust ayındakı qədər ciddi olmayıb. Lakin bu, irəliləyiş hesab edilə bilməz. Avropada ənənəvi olaraq əhali kütləvi şəkildə məzuniyyətə getdiyi üçün avtomobil satışları ənənəvi olaraq illik minimuma enir. Pandemiyaya qədər hər sentyabrda satışlar sıçrayışla  artırdı.

Avtosfer.az xəbər verir ki, sentyabrda Avropa İttifaqı, Norveç, İsveçrə və Böyük Britaniyada 1 118 083 avtomobil satılıb. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2% azdır. Faktı Avropa Avtomobil İstehsalçıları Assosiasiyası yayıb.

Yalnız Avropa İttifaqı üzrə götürdükdə isə azalma daha ciddidir: 6,1%. Maraqlıdır ki, Qərbi Avropada satışlar azaldığı halda, Şərqi Avropada vəziyyət fərqlidir. Ən pis vəziyyət Belçikada müşahidə olunur: -18,6%. Geriləmə əsas avtomobil bazarları hesab edilən Fransada 11,1%, İtaliyada 10,7%, Almaniyada 7% təşkil edir. 
Şərqi Avropada isə bunun tam əksi müşahidə olunur. Avtomobil satışları Bolqarıstanda 18,4%, Polşada 13,8%, Xorvatiyada 12% artıb.
Lakin fakt faktlığında qalır ki, Qərbi Avropada avtomobil satışları həcm etibarı ilə kifayət qədər azdır.

Satılan texnikanın tipinə gəlincə: elektromobil və Dizel mühərrikli avtomobil satışlarında azalma daha ciddidir. Hesabat dövründə elektromobillərin bazar payı 13,1%-ə enib. Halbuki ötən il göstərici 14% idi. Hibrid modellərin satışı iə Qərbi Avropada 12,3%, Avropa İttifaqında isə 12% artıb. Benzin mühərrikli avtomobillərin bazar payı 18% azalaraq 29,8%-ə düşüb. Azalma illik əsasda 4,2% təşkil edir. Bu sahədə ən ciddi geriləmə Almaniya, Fransa və İtaliyadadır. Dizel mühərrikli minik avtomobillərinin bazar payı da il ərzində 23,5% azalaraq 10,4%-ə düşüb.

Markalar üzrə satışlarda ən ciddi dəyişiklik Teslaya aiddir. Şirkətin satışları illik əsasda 31,2% artıb. Stellantis qrupunda iə bunun əksinə, 27,1% geriləmə qeydə alınıb.  
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası ilin sonunadək 12 milyon 700 min avtomobil satılacağına ümid edir. Bu halda illik artım 1,5% təşkil edəcək.

Vüqar

Chosen
52
avtosfer.az

1Sources