EN

Rusiya Şimali Koreya qoşunlarından müdafiə üçün deyil, hücum məqsədləri ilə istifadə edəcək

1. Rusiya Şimali Koreya kartı ilə müharibə kampaniyasını davam etdirməsi Vladimir Putinin Ukraynadakı maksimalist səylərinin ikiqat artdığını göstərir:

- Uzaq şərqdən gəlmiş hərbi kontingentin dəqiq nə edəcəyi qaranlıq qalsa da, Rusiya Şimali Koreya qoşunlarından müdafiə məqsədləri üçün deyil, hücum məqsədləri üçün istifadəyə üstünlük verəcək,

- Rusiyanın hücum kampaniyasının cari tablosu əsasən Donetsktin tamamilə tutulmasına yönəldiyindən, burada Ukraynanın ciddi müqaviməti ilə üzləşə biləcəyindən ehtiyatlanır,

- Şimali Koreya qoşunlarının portreti Rusiya ordusunun komplektləşdirilməsinə, ruslardan və koreyalılardan ibarət hibrid taborların, briqadaların yaradılmasına hesablanmış əməliyyat kimi görünür.

- Cənubi Koreya kəşfiyyatı Şimali Koreya hərbçilərinin təlim keçmiş xüsusi təyinatlı qüvvələr olduğunu bildirir ki, bu da yuxarıda dediyimiz “hücum əməliyyatları” məqsədlərini təsdiqləyə bilər.

2. Rusiya strategiyasının mahiyyətini Şimali Koreya amili ilə uyğunlaşdırmaqla böyük ölçülü dizayn formalaşdırır:

- Kreml Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına hüquqi əsaslandırmalar axtararkən, eskalasiya dairəsinin regional çərçivədən çıxıb qloballaşma təhlükəsi artacaq,

- Rusiya bununla NATO-nun Ukraynadakı dəstəyinə meydan oxumaq, “xaosu” Asiya-Sakit Okeanı regionuna qədər genişləndirib Qərbə qarşı Çin mövqeyini sərtləşdirmək niyyətində ola bilər,

- Putin beynəlxalq səviyyədə təcrid olunmadığını, lazım gəldikdə əlavə resurslardan istifadə etməklə Avro-Atlantik məkanın təhlükəsizliyində Rusiyanın da payı olduğunu nümayiş etdirir,

- Bütün bunlar Rusiya-Ukrayna münasibətləri fonunda o deməkdir ki, Rusiya indiki şərtlər altında sülh bağlamağa tələsmir və maksimalist mövqeyini saxlamağa davam edir.

- Ukraynada qış aylarında enerji böhranı kəskinləşdikcə bu tendensiyalar daha da sürətlənəcək.

3. Şimali Koreyanın Ukrayna poliqonuna yerləşməsi strateji müstəvidə Çin, Şimali Koreya və Rusiyadan ibarət müttəfiqlik görüntüsünü gücləndirir:

- Çin iki “müttəfiqi” ilə iddia edilən sövdələşməni Qərbin qorxularını gücləndirmək üçün istifadə edir,

- Çin ABŞ-nin Tayvana dəstəyinə qarşı sərtləşən mövqeni Ukraynadakı Şimali Koreya epizodu ilə əlaqələndirməkdə həvəslidir,

- Çünki Çin Ukraynada Şimali Koreyanın sayəsində ehtiyatlanan Qərbin Uzaq şərqdə təsirlərini zəiflədə biləcəyini güman edir,

Aqşin Kərimov, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

visiontv.az



Chosen
18
2
visiontv.az

2Sources