EN

İspaniya suyun altına gedir

İspaniyanın cənub-şərqinə soyuq cərəyanın gətirdiyi güclü yağış böyük daşqınlara və fəlakətə səbəb olub.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, bütün şəhərləri su basır, insanlara evlərini tərk etməmək və lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur.

Son məlumatlara görə, artıq 50-dən çox adam ölüb.

Valensiya bölgəsinin rəhbəri Karlos Meyson bildirib ki, ölənlərin cəsədləri tapılıb, lakin ailələrinə hörmətlə yanaşaraq əlavə məlumat vermirlər.

İspaniyanın dövlət meteorologiya agentliyi AEMET artıq 200 mm yağışın düşdüyü Valensiya və digər bölgələr üçün qırmızı təhlükə elan edib. Ən çox zərər çəkmiş bölgələrdə məktəblər bağlanıb, digər kritik olmayan xidmətlər dayandırılıb.

"Aljazeera"nın verdiyi məlumata görə, İspaniyanın bəzi bölgələrinə bir gündə bir aylıq normadan çox yağıntı düşüb. Yerli hakimiyyət nümayəndəsi görünməmiş bir vəziyyətlə üzləşdiklərini deyib.

Valensiyaya və geriyə uçuşlar başqa şəhərlərə yönəldilir. Bölgədə bütün dəmir yolu nəqliyyatı da dayandırılıb. Əndəlüsdə üç yüzə yaxın sərnişini daşıyan bir sürət qatarın relsdən çıxdığı məlumdur. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Yağışın ən azı səhərə qədər davam edəcəyi gözlənilir.

Musavat.com

Chosen
28
16
musavat.com

10Sources