EN

COP29 ilə əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirilib - Vüqar Qurbanov

Bakı. Trend:

COP29 ilə əlaqədar tibb müəssisələri hazır vəziyyətəgətirilib.

Trend xəbərverir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dairbrifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

"İlk olaraq onu qeyd edim ki, COP29 Əməliyyat şirkətinin tibbkomandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyətgöstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib vəmüəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazırvəziyyətə gətirilib. Bütün bu aylar ərzində mütəmadi görüşlərkeçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkilolunub.

Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsindəxüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı,Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10,Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiyaşöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurətehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb", - deyə V.Qurbanovbildirib.

Onun sözlərinə görə, COP29 tədbirinin keçirildiyi müddət ərzindəfövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilənMəhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipliolmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib.

"COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksionxəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki TibbiMərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb.

Yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq keyfiyyətlitibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasındabütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsiyaradılıb.

Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiyaşöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılarayrılıb", - deyə o əlavə edib.

Chosen
21
30
az.trend.az

10Sources