Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinə müavin təyin edilib.

İndex.az xəbər verir ki, bu vəzifə Mürsəl Rüstəmova həvalə olunub.

M.Rüstəmov eyni zamanda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədridir. O, Azərbaycan Mərkəzi Bankının keçmiş sədri, hazırda isə Baş nazir Əli Əsədovun müşaviri olan Elman Rüstəmovun qardaşı oğludur.

Report