EN

İsrail ordusu lazer HHM sisteminin inkişafını sürətləndirir

İsrail Müdafiə Nazirliyi “Dəmir Şüa” lazer hava hücumundan müdafiə (HHM) sisteminin inkişafını sürətləndirmək üçün təxminən 2 milyard şekel (530 milyon dollar) ayıracaq.

Herbiand.az bildirir ki, bu barədə “The Defence Post” nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Lazer sistemi Livanın Hizbullah qruplaşmasının Qəzzada döyüşlər başlayandan bəri İsrailə atdığı pilotsuz uçuş aparatları və döyüş sursatlarını ələ keçirmək qabiliyyətini təkmilləşdirmək məqsədi daşıyır. Hizbullah bu hücumla Fələstinin HƏMAS təşkilatına İsraillə mübarizədə dəstək verir.

Güman edilir ki, “Dəmir Şüa” HHM sistemi “Dəmir günbəz” qurğusunu tamamlayacaq. “Dəmir günbəz” havadan gələn təhdidləri qısa məsafədən zərərsizləşdirmək qabiliyyətinə görə dünyada ən yaxşı sistemlərdən biri hesab edilsə də, Hizbullah-ın atdığı bütün mərmilərin qarşısını ala bilməyib. Bu isə mülki şəxslər və hərbçilər arasında itkilərə səbəb olub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
49
herbiand.az

1Sources