EN

Avropadakı xizək kurortları bağlanır – SƏBƏB

İqlim dəyişikliyi və qlobal istiləşmə dünyanın elit təbəqəsinin sevimlisi olan xizək kurortlarını da vurdu. 

"Cebheinfo.az" xəbər verir ki, Fransa, İsveçrə və Almaniyada 5 xizək kurortu kifayət qədər qar olmadığı üçün bağlanmaq qərarına gəlib.

Son 50 ildə Fransada 180-dən çox xizək kurortu artıq bağlanıb. 5 mərkəz elit ictimaiyyətin getdiyi yerlər idi və xizək sürmək üçün yerlərin sayı getdikcə azalmağa başlayıb.

Fransadakı Le Grand Puy bağlanarkən, 24 kilometrlik xizək yolu da tərk edilib. Qrenobl yaxınlığındakı Alpe du Grand Serre də bir daha xizək sürülməyəcəyini açıqlayıb. 50 kilometrlik xizək enişləri boş qalıb, 200 işçi işini itirib. 

Almaniyada Bavariyanın Berchtesgadener bölgəsində yerləşən Jenner am Königssee şəhərində dağ xizək idmanı dayandırılıb.

Qeyd edək ki, obyektlər cəmi bir il əvvəl tamamlanmış və milyonlarla avro xərclənmişdi.

İsveçrə və Avstriyadakı bir çox xizək kurortları fəaliyyətini dayandırır.

Chosen
30
cebheinfo.az

1Sources